ERZURUM 3. ASLİYE CEZA MAHKEMESİ

TÜRKİYƏ RESPUBLİKASI
ƏRZURUM
3. ASLİYƏ CƏZA MƏHKƏMƏSİ MƏHKUMİYYƏT

MƏHKƏMƏ İŞİ № : 2020/302 Əsas
QƏRAR № : 2021/829
[RESPUBLİKA PROKURORLUĞU ƏSAS №] : 2020/1459
ƏSASLI QƏRAR
T Ü R K M İ L L Ə T İ A D I N A
HAKİM : Yavuz AYDIN 195759
RESPUBLİKA PROKURORU : Alper KARAL194301
KATİB : Mert KILIÇ 170374
ŞİKAYƏTÇİ : DÖVLƏT İTTİHAM
TƏQSİRLƏNDİRİLƏN ŞƏXS : ƏRRƏHMAN AKBƏROV, Aydın və Qətibəoğlu, 1978 NAXÇIVAN- AZƏRBAYCAN doğumlu, qeydiyyatlı, Kaptanpaşa Məhəlləsi, Telekom küçəsi №:3Mərkəz/ Ardahan ünvanında yaşayır.
CİNAYƏT : Hökümlü və ya Saxlanılanın Qaçması
CİNAYƏT TARİXİ / SAATI : 19.03.2020 -
CİNAYƏT YERİ : ƏRZURUM/MƏRKƏZ
QƏRAR TARİXİ : 28.09.2021
Yuxarıda açıq məlumatı yazılanı təqsirləndirilən şəxs /təqsirləndirilən şəxslər haqqında məhkəməmizdə həyata keçirdilən məhkəmə iclasında:
QƏRAR VERİLDİ:
İTTİHAM:
Təqsirləndirilən şəxs haqqında Ərzurum Respublika Baş Prokurorluğunun 00.00.0000 tarix və 2020/1459 Əsas saylı ittiham aktı ilə Hökümlü və ya Saxlanılan şəxsin Qaçması cinayətindən Türk Cəza Qanununun xxxx maddələrinə uyğun olaraq cəzalandırılması tələbi ilə dövlət ittiham məhkəməsi açılmışdır.
İTTİHAM EDƏN ORQAN ƏSAS HAQQINDAKI RƏYİNDƏ: Təqsirləndirilən şəxsə Ərzurum Açıq cəza Həbsxanası tərəfindən 10.03.2020 tarixində 7 gün icazə verildiyi, təslim olmalı olduğu zaman ərzində cəza evinə gəlməmişsə, daha sonra isə polislər vasitəsi ilə saxlanılmışsa, bu məsələnin məhkəmə işində olan protokollarla və təqsirləndirilən şəxsin etiraf xüsusiyyətli müdafiəsi ilə sübut edildiyi anlaşılmışdır. Təqsirləndirilən şəxs ƏRRƏHMAN ƏKBƏROVun törətdiyi əməlinə uyğun olan 5275 saylı qanunun 97/1. Maddəsinə əsasən 5237 saylı qanunun 292/1. Maddəsinə uyğun olaraqcəzalandırılması və qəsdən işlədiyi cinayətə görə Türk Cəza Qanununun 53. Maddəsinə uyğun olaraq müəyyən haqqlarından faydalanmaqdan məhrum edilməsinə, təqsirləndirilən şəxsin təkrarlayan keçmiş məhkumiyyətləri olduğu görüldüyü üçün haqqında Türk Cəza Qanununun 58. Maddəsinə uyğun olaraq təkrarlanan hökümlərin tətbiqi qərarı verilməsi dövlət adına tələb və rəy bildirilir.
MÜDAFİƏ:
Təqsirləndirilən şəxs müdafiəsində; "Mənim fərar etmək niyyətim yox idi. Açıq cəza evindən 7 gün müddətinə icazə ilə çıxdım. 2020 ildə tarixini tam xatırlamadığım bir tarixdə 7 günlüyünə icazə ilə çıxdım. Pandemiyaya görə və çıxan amnistiya qərarı mənə də aid olduğunu düşünərək, cəza evinə qayıtmadım. Günahsızam və bəraətimi tələb edirəm. Haqqımda həbs qərarı çıxdığını bilsəydim, özüm gəlib, təslim olardım.Əvvəla bəraətimə qərar verilməsini, məhkəmə əksini düşünərsə, hökmün elan edilməsinin təxirə salınması hökümlərinin yerinə yetirilməsinə razılıq verirəm.” Şəklində özünü müdafiə etdi.
DƏLİLLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ VƏ ƏSAS:
Məhkəməmiz tərəfindən həyata keçirdilən mühakimə və bütün məhkəmə işi daxili bir yerdə nəzərə alındığında; Ərzurum Açıq Cəza Evinin hökümlüsü olan təqsirləndirilən şəxsin 10.03.2020tarixində 7 gün özəl icazə verilərək oradan çıxardılmış, təqsirləndirilən şəxsin cəza evinə təslim olmalı olduğu 17.03.2020 günü və növbəti 48 saat ərzində təslim olmayaraq, fərar etdiyi,təqsirləndirilən şəxsin 29.07.2021 tarixində saxlanıldığı və təqsirləndirildiyi cinayəti işlədiyi başa düşülmüş;
Təqsirləndirilən şəxs ƏRRƏHMAN ƏKBƏROVun təqsirləndirildiyi cinayətin hökümlü və ya Məhbusun qaçması cinayətini işlədiyi sübut edildiyinə görə, təqsirləndirilən şəxsin törətdiyi əmələ uyğun olan 5275 saylı qanunun 97/1. Maddəsinə əsasən Türk Cəza Qanununun 292/1. Maddəsinə uyğun olaraq, cinayətin işlənmə şəkli və xüsusiyyətləri, qəsdinin dərəcəsi, uzun müddət geri qayıtmayaraq, saxlanılması nəzərə alınaraq 6 ay həbs cəzası ilə cəzalandırılmasına, təqsirləndirilən şəxsin mühakimə müddətində mənfi rəy və ya davranışının olmaması, lehinə təqdiri endirim səbəbi qəbul edilərək, cəzası Türk Cəza Qanununun 62/1. Maddəsinə uyğun olaraq təqdirən 1/6 nisbətində endirilərək 5ay həbs cəzası ilə cəzalandırılmasına, qanuni şərtlər yaranmadığına görə Türk Cəza Qanununun 51. Və Cəza Mühakiməsi Qanununun 231. Maddəsində hazırlanan hökmün elan edilməsinin təxirə salınması qanununun yerinə yetirilməyəcəyinə qərar verilmişdir.
Əlavə olaraq, təqsirləndirilən şəxsin təkrarlayan cinayət qeydiyyatı olduğuna görə (Oltu Ağır Cəza Məhkəməsinin 2019/19 Əsas, 2019/54 Qərar saylı qərarı ilə) Türk Cəza Qanununun 58/6. Maddəsinə uyğun olaraq haqqında verilən 7 il 10 ay 15 gün həbs cəzanıntəkrarlanan cəzalar höküm rejiminə uyğun olaraq cəzalandırılmasına və cəzanın yerinə yetirilməsindən sonra yoxlamalı sərbəstlik tədbiri yerinə yetirilməsinə qərar verilərəkaşağıdakı şəkildə höküm verilmişdir.
HÖKÜM : Əsası yuxarıda açıqlandığı üzrə;
1-Təqsirləndirilən şəxs ƏRRƏHMAN ƏKBƏROVun təqsirləndirildiyi cinayətin hökümlü və ya Məhbusun qaçması cinayətini işlədiyi sübut edildiyinə görə, təqsirləndirilən şəxsin törətdiyi əmələ uyğun olan 5275 saylı qanunun 97/1. Maddəsinə əsasən Türk Cəza Qanununun 292/1. Maddəsinə uyğun olaraq, cinayətin işlənmə şəkli və xüsusiyyətləri, qəsdinin dərəcəsi, uzun müddət geri qayıtmayaraq, saxlanılması nəzərə alınaraq 6 AY HƏBS CƏZASI İLƏ CƏZALANDIRILMASINA,
2-Təqsirləndirilən şəxsin mühakimə müddətində mənfi rəy və ya davranışının olmaması, lehinə təqdiri endirim səbəbi qəbul edilərək, cəzası Türk Cəza Qanununun 62/1. Maddəsinə uyğun olaraq təqdirən 1/6 nisbətində endirilərək 5 AY HƏBS CƏZASI İLƏ CƏZALANDIRILMASINA,
3-Təqsirləndirilən şəxsə verilən cəzada qanuni və təqdiri başqa artırma və endirim edilməyəcəyinə ,
4-Qanuni şərtlər yaranmadığına görə Türk Cəza Qanununun 51. Və Cəza Mühakiməsi Qanununun 231. Maddəsində hazırlanan hökmün elan edilməsinin təxirə salınması qanununun yerinə yetirilməyəcəyinə,
5-24.11.2015 tarixli Rəsmi Qəzetdə dərc olunaraq eyni gün qüvvəyə minənyayımlanarak aynı gün yürürlüğe giren Konstitusiya Məhkəməsinin 08.10.2015 tarix və 2014/140 Əsas - 2015/85 Qərar saylı qərarı da nəzərə alınaraq və Türk Cəza Qanununun 53. maddəsinin 2 və 3. Bəndlərindəki şərtlərə uyğun olaraq təqsirləndirilən şəxs haqqında alınan qərar maddəsinin 1. maddəsinin (a), (b), (c), (d) və (e) bəndlərinin YERİNƏ YETİRİLMƏSİNƏ,
6-Təqsirləndirilən şəxsin təkrarlayan cinayət qeydiyyatı olduğuna görə (Oltu Ağır Cəza Məhkəməsinin 2019/19 Əsas, 2019/54 Qərar saylı qərarı ilə) Türk Cəza Qanununun 58/6. Maddəsinə uyğun olaraq haqqında verilən 7 il 10 ay 15 gün həbs cəzanın təkrarlanan cəzalar höküm rejiminə uyğun olaraq cəzalandırılmasına və cəzanın yerinə yetirilməsindən sonra yoxlamalı sərbəstlik tədbiri yerinə yetirilməsinə,
7-Təqsirləndirilən şəxs haqqında verilən qısa müddətli həbs cəzası təqsirləndirilən şəxsin cinayət tarixçəsi, cinayət işləməyə meyililiyi və qarşısıalınmaz bir şəxsiyyəti, təkrardan cinayət işləməyəcəyi məhkəməmiz tərəfindən müsbət təsəvvür yaranmaması nəzərə alınaraq təqdirən Türk Cəza Qanununun 50.maddəsinə uyğun olaraq alternativ yollar təqdim edilməyəcəyinə,
8-Mühakimə xərcinin cəminin 6352 saylı Qanunun 100. maddəsi ilə Cəza Mühakiməsi Qanununun 324. maddəsinin 4. Bəndinə əlavə edilən cümləyə uyğun olaraq 6183 saylı qanunun 106. maddəsindəki imtina məbləğindən az olduğu üçün xəzinədən ödənəcəyinə,
Haqqında; təqsirləndirilən şəxsin yoxluğunda, respublika prokurorunun hüzurunda rəyə uyğun olaraq verilən qərarın təbliğ tarixindən etibarən 7 gün ərzində hökmü verən məhkəməmizə bir ərizə verilməsinin və ya qeydiyyat katibinə bir bəyan verməsi surəti ilə 5271 saylı qanunun 272/1. maddəsi nəzərə alınaraqƏrzurum Bölgə Məhkəməsində APELYASİYA yolu açıq olmaq üzrə verilən qərar açıq şəkildə oxunub, əsası lazımi şəkildə bildirildi. 28.09.2021

#ilangovtr BASIN NO: ILN02024680